EN

MLS Lionel Messi ilə müqayisə edilə biləcək ulduz axtarır

Amerikan futbol liqası MLS-in rəhbərliyi strateji planlaşdırma çərçivəsində yeni bir tədbir həyata keçirmək niyyətindədir.

Arena.az “Diario AS dərgisinə istinadən məlumat verir ki, MLS dünya futbolunun ulduz futbolçularından hansının ölkə çempionatına keçə biləcəyini götür-qoy edir.

Bununla sözügedən liqa “İnter Mayami”nin futbolçusu Lionel Messinin transferinə bənzər maraq dalğası yarada biləcəyini düşünür.

Mənbənin məlumatına görə Liqanın komissarı milli çempionata Messinin gəlişindən sonra ortaya çıxışmış olan həyəcandan və diqqətdən razıdır. Onun fikrincə, argentinalı ulduz ABŞ futbol sənayesinə böyük təsir göstərib. Bununla belə, indi idarəçilər MLS-ə dəvət edilə biləcək və Messinin “İnter Mayami”yə keçidi ilə eyni marağı oyada biləcəlk bir transfer üçün qərar verməyi planlaşdırırlar.

Vurğulayaq ki, MLS-in növbəti mövsümünün başlanması hakimlərin mümkün tətilinə görə təhlükə altındadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
252
49
arena.az

10Sources