Ukrayna 2024-cü il büdcəsi ilə bağlı “fövqəladə yüksək müəyyənsizliklə” üzləşdiyi üçün ölkənin Baş naziri Denis Şmıhal beynəlxalq donorlarla təcili görüş tələb edib.
“Report” xəbər verir ki, bu barədə
“Makroiqtisadi sabitliyi qorumaq üçün 2024-cü ilin yanvarından başlayaraq yetərincə operativ xarici maliyyələşdirmə almağımız son dərəcə vacibdir”, – agentlik hökumət başçısının dekabrda göndərdiyi məktubundan sitat gətirib.
Ukrayna baş nazirinin sözlərinə görə, koordinasiya qrupu “təcili büdcə ehtiyaclarına” köklənməlidir. O vurğulayıb ki, söhbət hökumətin işinin saxlanılmasından, müəllimlərə və dövlət qulluqçularına ödənişlərdən, həmçinin pensiyalardan gedir.