AZ

Ukrayna sazişdən imtina edib

Ukrayna hökuməti birtərəfli qaydada Belarusla azad ticarət sazişindən imtina edib. Rusiya ilə ticarət qadağası 2024-cü ilin yanvar ayının sonuna qədər uzadılıb. SİA xəbər verir ki, qərarlar barədə Ukrayna İqtisadiyyat Nazirliyinin saytında məlumat verilib.

Ukraynanın iqtisadiyyat, ticarət və kənd təsərrüfatı nazirinin müavini Taras Kaçka bildirib ki, iki ilə yaxındır ki, Ukrayna ilə Belarus, eləcə də Rusiya arasında ticarət əlaqələri yoxdur. Onun sözlərinə görə, hakimiyyət öz qərarları ilə qanunvericilik bazasını reallıqlara uyğunlaşdırır.

Qeyd edək ki, 2022-ci ilin yazında Ukrayna hökuməti Rusiyadan malların idxalını qadağan edən qərar qəbul edib. İqtisadiyyat naziri Yuliya Sviridenkonun əvvəllər qeyd etdiyi kimi, bu yolla Rusiya ilə ticarət əlaqələrinin faktiki olaraq dayandırılması hüquqi cəhətdən təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
264
50
sia.az

10Mənbələr