Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti matçları bu gün baş tutacaq.
Msport.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma keçiriləcək.
Premyer Liqa təmsilçilərindən “Şamaxı” II Liqa klubu “Şəmkir”lə üz-üzə gələcək.
Bundan əlavə, “Mingəçevir” – “Zaqatala”, “Qaradağ Lökbatan” – “Karvan” və “Şəfa” – “Difai” matçları da təşkil olunacaq.
Azərbaycan Kuboku, II təsnifat mərhələsi
30 oktyabr
14:00. “Şamaxı” – “Şəmkir”
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
14:00. “Mingəçevir” – “Zaqatala”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14:00. “Qaradağ Lökbatan” – “Karvan”
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
15:00. “Şəfa” – “Difai”
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“ASK Arena”
Qeyd edək ki, raundun əvvəlki oyunlarında “Turan Tovuz” “Hyoers Guba”nı (7:2), MOİK “Şimal”ı (3:1), “Araz-Naxçıvan” “Şahdağ Qusar”ı (4:0), “Kəpəz” “Ağdaş”ı (6:0), “Səbail” isə “Dinamo”nu (6:0) məğlub edib.