AZ

Azərbaycan Kuboku: Bu gün daha 4 oyun baş tutacaq - YENİLƏNİR

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha dörd oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçilərindən "Şamaxı" II Liqa klubu "Şəmkir"lə üz-üzə gələcək.

Qarşılaşma Şamaxı şəhər stadionunda, saat 14:00-da start götürəcək.

Bundan əlavə, “Mingəçevir” – “Zaqatala”, “Qaradağ Lökbatan” – “Karvan” və “Şəfa” – “Difai” matçları baş tutacaq.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

30 oktyabr

14:00. “Şamaxı” – “Şəmkir”

Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı şəhər stadionu

14:00. “Mingəçevir” – “Zaqatala”

Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “Karvan”

Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

15:00. “Şəfa” – “Difai”

Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

“ASK Arena”

Qeyd edək ki, raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hyoers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" isə "Dinamo"nu (6:0) məğlub edib.

Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə

"Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə

“Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib

Klozedən Mahir Emreli ilə bağlı açıqlama

"Sabah"dan böyükhesablı qələbə - 10:0

Seçilən
2
6
apasport.az

10Mənbələr