EN

İran İsrailin hücumundan sonra hərbi büdcəsini 200% artıracaq

İran İsrailin hücumundan sonra milli Müdafiə Nazirliyinin büdcəsini artıracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi İran hökumətinə istinadən məlumat yayıb.

İran hökumətinin spikeri Fatimə Mohacerani bəyan edib ki, İsrailin İslam Respublikasının hərbi infrastrukturuna hücumuna cavab olaraq, Tehran hərbi nazirliyin büdcəsini ötən illə müqayisədə 200% (yəni üç dəfə) artırmaq qərarına gəlib.

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2024-cü ildə İranın hərbi büdcəsi 2023-cü illə müqayisədə 20% artaraq 16,4 milyard dollar olub. Müqayisə üçün qeyd edək ki, həmin institutun məlumatına görə, İranın 2021-ci ildə hərbi büdcəsi 6,8 milyard dollar olub.

Chosen
4
4
nocomment.az

10Sources