AZ

İran hərbi büdcəsini 200 faiz artırır

İran İsrailin hücumundan sonra hərbi büdcəsini artıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İran hökumətinin rəsmisi Fatimə Mohaceraninin açıqlamasına istinadən məlumat yayıb.

O qeyd edib ki, İsrailin İranın hərbi infrastrukturuna hücumuna cavab olaraq büdcənin ötən illə müqayisədə 200 faiz artırılması barədə qərar qəbul edilib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2024-cü ildə İranın hərbi büdcəsi 16,4 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 20 faiz çoxdur.

Seçilən
2
7
bakivaxti.az

10Mənbələr