EN

Avropa Çempionatı: Azərbaycan Portuqaliya ilə cavab matçına çıxacaq

Azərbaycanın qadın futbolçulardan ibarət yığması Avropa çempionatının I pley-off mərhələsində bu gün Portuqaliya ilə cavab matçına çıxacaq.

Vizela şəhərindəki eyniadlı stadionda baş tutacaq görüş saat 23:45-də start götürəcək.

Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Avropa çempionatı

Pley-off mərhələsi, cavab oyunu

29 oktyabr

23:45. Portuqaliya - Azərbaycan

İlk oyun - 4:1.

Hakimlər: Şona Şukrula, Martina Bur, Eşli de Haan, Culia van Es (hamısı Niderland).

Qeyd edək ki, cütün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək və ilk matçı evdə keçirəcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq.

Chosen
4
8
cbcsport.az

10Sources