AZ

Azərbaycan millisi Portuqaliya ilə üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycanın millisi Avropa çempionatının birinci pley-off mərhələsində bu gün Portuqaliya ilə cavab matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, Vizela şəhərindəki eyniadlı stadionda baş tutacaq görüş saat 23:45-də start götürəcək.

Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma ötən həftə Bakıda portəgizlərə böyük hesabla uduzub.

Qeyd edək ki, cütün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək və ilk matçı evdə keçirəcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq.

Avropa çempionatı
Pley-off mərhələsi, cavab oyunu
29 oktyabr

23:45. Portuqaliya - Azərbaycan
Hakimlər: Şona Şukrula, Martina Bur, Eşli de Haan, Culia van Es (hamısı Niderland).
İlk oyun - 4:1.

Seçilən
4
8
fanat.az

10Mənbələr