AZ

Millimiz Portuqaliya ilə cavab matçına çıxacaq

Azərbaycanın qadın futbolçulardan ibarət yığması Avropa çempionatının 1-ci pley-off mərhələsində bu gün Portuqaliya ilə cavab matçına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Vizela şəhərindəki eyniadlı stadionda baş tutacaq görüş saat 23:45-də start götürəcək.

Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Avropa çempionatı
Pley-off mərhələsi, cavab oyunu
29 oktyabr

23:45. Portuqaliya – Azərbaycan
İlk oyun – 4:1.
Hakimlər: Şona Şukrula, Martina Bur, Eşli de Haan, Culia van Es (hamısı Niderland).

Qeyd edək ki, cütün qalibi ikinci pley-off mərhələsində Belarus – Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək və ilk matçı evdə keçirəcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq.

Seçilən
2
8
futbolinfo.az

10Mənbələr