EN

“Turan Tovuz” Premyer Liqada 30-cu qələbəsini qazandı

“Turan Tovuz” komandası futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) yubiley – 30-cu qələbəsini qazanıb.

Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley 2024/2025-ci illər mövsümünün 11-ci turu çərçivəsində baş tutan Qərb derbisinə təsadüf edib.

Tovuz təmsilçisi öz meydanında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.

Komanda 30-cu qalibiyyətini 83-cü oyununda əldə edib. Qərblilər 16 dəfə evdə, 14 dəfə səfərdə üç xal qazanıblar.

Xatırladaq ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasında ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər görüşündə əldə edib – 1:0.

Chosen
9
22
arena.az

10Sources