“Turan Tovuz” Misli premyer-liqasında 30-cu qələbəsini qazanıb.
"Football-plus.az" xəbər verir ki, bu, 11-ci turun Qərb derbisinə təsadüf edib. Tovuz təmsilçisi öz meydanında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.
“Turan Tovuz” 30-cu qələbəsini 83-cü oyununda əldə edib. Qərblilər 16 dəfə evdə, 14 dəfə səfərdə üç xal qazanıblar.
Qeyd edək ki, Tovuz təmsilçisi premyer-liqadakı ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər görüşündə əldə edib – 1:0.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta