EN

Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımadı

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə S.Zurabişvili brifinqdə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan MSK səsvermənin ilkin nəticələrini açıqladı


“Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, - Zurabişvili bildirib.

"Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi", - o vurğulayıb.

Bizim.Media

Chosen
10
19
bizim.media

10Sources