EN

Qubada kanaldan çıxarılan maral nəzarətə götürülüb

Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən Samur-Abşeron su kanalına düşən və vətəndaşlardan daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılan maralın həyatı təhlükəsi yoxdur.Bu barədə ETSN-dən bildirilib.

"Kanaldan çıxarılan maral Şahdağ Milli Parkının əməkdaşlarına təhvil verilib və milli parkın İsmayıllı bölməsinə gətirilib.Maral baytar həkim tərəfindən müayinə olunub, vəziyyəti normaldır və nəzarət altında saxlanılır”, - məlumatda qeyd olunub.

www.anews.az
Chosen
10
20
anews.az

10Sources