AZ

Su kanalından çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən Samur-Abşeron su kanalına düşən və vətəndaşlardan daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılan maralın həyatı təhlükəsi yoxdur".
Oxu.Az xəbər verir ki, bu barədə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, maral Şahdağ Milli Parkının əməkdaşlarına təhvil verilib və milli parkın İsmayıllı bölməsinə aparılıb.
"Maral baytar həkim tərəfindən müayinə olunub, vəziyyəti normaldır və nəzarət altında saxlanılır", - o əlavə edib.
Seçilən
11
20
oxu.az

10Mənbələr