Ağdam rayonunun Bənövşələr qəsəbəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən "Cebheinfo.az"a verilən xəbərə görə, Ağdam rayonunun Bənövşələr qəsəbəsində ümumi sahəsi 66 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə, evə bitişik ümumi sahəsi 12 m² olan talvarın taxta atmaları və talvarın altında yığılan əşyalar yanıb.
"Cebheinfo.az"