AZ

Ağdamda evdə yanğın olub

Ağdam rayonunun Bənövşələr qəsəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, Ağdam rayonunun Bənövşələr qəsəbəsində ümumi sahəsi 66 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə, evə bitişik ümumi sahəsi 12 m² olan talvarın taxta atmaları və talvarın altında yığılan əşyalar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
25
11
apa.az

10Mənbələr