EN

Gürcüstan Mərkəzi Seçki Komissiyası seçici fəallığını açıqlayıb

Bakı. Trend:

Gürcüstan Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olanməlumatına görə, parlament seçkilərində seçici fəallığı 41,62 faizolub, seçki məntəqələrinə 1 milyon 454 min 837 seçici gəlib.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi SeçkiKomissiyası (MSK) məlumat yayıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, regionlar üzrəbölgü belədir: Sameqrelo-Zemo-Svaneti – 135 863; Tbilisi - 437 426;Kaxeti - 125 558; Mtsxeta-Mtianeti – 38 073; Kvemo Kartli – 142851; Şida Kartli – 98 338; Samtsxe-Cavaxeti – 62 339; Raça Leçxumi– 15 765; İmereti – 220 771; Quriya – 45 010; Acarıstan – 132843nəfər.

Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat08:00-da açılıb və 20:00-da bağlanacaq.

Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdəsəsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçkiməntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb.Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verəbilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatınnümayəndələri müşahidə edəcək.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sisteməsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldəetmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşikoalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi dətətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələribağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxununsayılması və nəticələrin açıqlanması gözlənilir.

Məqalədə:
Chosen
11
5
az.trend.az

10Sources