EN

Rusiyada 6 məhkum türmədən qaçdı

Rusiyada altı məhkum həbsxanadan qaçıb.

Musavat.com APA-ya istinadən bildirir ki, insident Lipetsk vilayətindəki 2 saylı koloniyada baş verib.

Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları səhər yoxlanışı zamanı 6 məhbusun qaçdığını aşkar ediblər.

Məlum olub ki, məhbuslar qazdıqları tunel vasitəsi ilə həbsxanadan qaçıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Yeli teleqram kanalları qaçan məhbusların Özbəkistan vətəndaşları olmasl barədə məlumat yayıb.

Chosen
7
7
musavat.com

10Sources