Rusiyada altı məhkum həbsxanadan qaçıb.
Musavat.com APA-ya istinadən bildirir ki, insident Lipetsk vilayətindəki 2 saylı koloniyada baş verib.
Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları səhər yoxlanışı zamanı 6 məhbusun qaçdığını aşkar ediblər.
Məlum olub ki, məhbuslar qazdıqları tunel vasitəsi ilə həbsxanadan qaçıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Yeli teleqram kanalları qaçan məhbusların Özbəkistan vətəndaşları olmasl barədə məlumat yayıb.