EN

Cəbrayılda yük maşınını qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Cəbrayıl rayonunun Əmirvarlı kəndi ərazisindən "Shacman" markalı yük maşınının qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxslər, əvvəllər məhkum olunan Eldar Babayev və Elçin İsmayılov saxlanılıblar:

"Onlar avtomobili qazanc əldə etmək məqsədi ilə qaçırdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir".

Chosen
10
20
ikisahil.az

10Sources