EN

Ankarada terror aktı törədənlərdən birinin şəxsiyyəti müəyyənləşdi


Ankarada terror aktı törədən terrorçulardan birinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsində məlumat yayıb.
O, həmin şəxsin ölkədə fəaliyyəti qadağan edilmiş PKK üzvü olduğunu bildirib.
“Dünən TUSAŞ-a hücum zamanı öldürülən kişi terrorçunun kimliyi müəyyən edilib. Onun Rojger ləqəbli PKK üzvü Əli Örek olduğu müəyyə edilib. O, terror təşkilatı PKK-nın üzvüdür. Qadın terrorçunun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir”, - Türkiyənin daxili işlər naziri qeyd edib.
Chosen
21
1
yeniavaz.com

2Sources