AZ

Ankarada terror aktı törədənlərdən hər ikisinin şəxsiyyəti müəyyənləşdi – Yenilənib


Ankarada terror aktı törədən terrorçulardan hər ikisinin şəxsiyyətini müəyyən etmək mümkün olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsində məlumat yayıb.
Nazir onların hər ikisinin ölkədə fəaliyyəti qadağan edilmiş PKK üzvü olduğunu bildirib.
“Dünən TUSAŞ-a hücum zamanı öldürülən qadın terrorçunun da şəxsiyyəti müəyyənləşdi. Belə ki, onun PKK terror təşkilatının üzvü Mine Sevjin Alçiçek olduğu müəyyənləşdi”, - Türkiyənin daxili işlər naziri qeyd edib.
Qeyd edək ki, bundan əvvəl o, kişi terrorçunun kimliyinin müəyyən edildiyini bildirmişdi. O, PKK üzvü olan Rojger ləqəbli Əli Örekdir.

***15:02 
Ankarada terror aktı törədən terrorçulardan birinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsində məlumat yayıb.
O, həmin şəxsin ölkədə fəaliyyəti qadağan edilmiş PKK üzvü olduğunu bildirib.
“Dünən TUSAŞ-a hücum zamanı öldürülən kişi terrorçunun kimliyi müəyyən edilib. Onun Rojger ləqəbli PKK üzvü Əli Örek olduğu müəyyə edilib. O, terror təşkilatı PKK-nın üzvüdür. Qadın terrorçunun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir”, - Türkiyənin daxili işlər naziri qeyd edib.
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr