EN

ÇL-in Liqa mərhələsində III turun son oyun gününün ən yaxşı futbolçuları

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunun son oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olublar.
Oxu.Az xəbər verir ki, "Atalanta" - "Seltik" görüşünün fərqlənən futbolçusu Ederson olub.
"Brest" - "Bayer Leverkuzen" matçında Florian Virts ən yaxşılardan biri olub.
"Atletiko Madrid"i 3:1 hesabı ilə məğlub edən "Lill"in futbolçusu Lukas Kavalier də yaxşılardan olub.
"Yanq Boyz" - "İnter" matçında Nikola Barella fərqlənənlər siyahısındakı yerini alıb.
Gecənin böyük maraqla gözlənilən matçında "Barselona"nın "Bavariya"nı 4:1 hesabı ilə məğlub etdiyi görüşdə isə Rafinya fərqlənməyi bacarıb.
"Zalsburq" - "Dinamo Zaqreb" matçının ən yaxşı oyunçusu adını Stefan Ristovski qazanıb.
"Mançester Siti" - "Sparta Praqa" görüşündə fərqlənən futbolçu isə Fil Foden olub.
"Leypziq" - "Liverpul" matçının ən yaxşı oyunçusu Kostas Tsimikas seçilib.
"Benfika" - "Feyenoord" görüşünün ən yaxşı oyunçu mükafatına Entoni Milambo yiyələnib.
Qeyd edək ki, IV turun görüşlərinə noyabr ayının beşində start veriləcək.
Chosen
11
3
oxu.az

10Sources