AZ

UEFA Çempionlar Liqası: "Arsenal"dan qələbə, "Real"dan geridönüş, "Yuventus" məğlub oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının Liqa mərəhələsində III turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə Madriddə maraqlı qarşıdurma qeydə alınıb. Belə ki, "Real" "Borussiya Dortmund" qarşısında iki top geridə ikən beş ardıcıl qolla matçın gedişini dəyişib - 5:2. Kral klubunun heyətində Vinisius het-triklə yadda qalıb.
"Arsenal" Londonda minimal hesabla "Şaxtyor Donetsk"dən üstün olub. Matçdakı yeganə topu Ukrayna komandasının futbolçusu öz qapısından keçirib - 1:0.
"Aston Villa" "Boloniya"ya şans verməyib. İngilislər italyanların qapısından iki cavabsız top keçiriblər - 2:0.
"Jirona" eyni hesabla "Slovan Bratislava"ya qalib gəlib, "Şturm Qraz" isə "Sportinq"ə uduzub - 2:0.
"Yuventus" "Ştutqart"la oyunda əlavə olunmuş dəqiqələrdə buraxdığı qolla məyus olub. "Qoca Sinyora" doğma azarkeşləri önündə uduzub - 0:1.
PSJ isə PSV ilə xalları yarı bölüb - 1:1.
Seçilən
3
20
oxu.az

10Mənbələr