Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) bahalı avtomobilini satışa çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
Navai ötən il aldığı "Mercedes-Benz G63 AMG" maşınının fotosunu izləyiciləri ilə bölüşərək "Onlar deyirdilər ki, sevgi satılmır. Satıram" sözlərini yazıb.
Qeyd edək ki, bu avtomobilin Rusiyada qiyməti 600 min manata yaxındır.
Bizim.Media