AZ

Azərbaycanlı müğənni 600 min manatlıq maşınını satır - FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) bahalı avtomobilini satışa çıxarıb. 

News365.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. 

Navai ötən il aldığı "Mercedes-Benz G63 AMG" maşınının fotosunu izləyiciləri ilə bölüşərək "Onlar deyirdilər ki, sevgi satılmır. Satıram" sözlərini yazıb. 

Qeyd edək ki, sözügedən avtomobilin Rusiyadakı qiyməti 600 min manata yaxındır.


Seçilən
1
20
news365.az

10Mənbələr