EN

Bakıdakı Neft Emalı Zavodunda baş vermiş yanğın qısa müddətdə söndürülüb - YENİLƏNİB

Bakı, 22 oktyabr, AZƏRTAC

Bakıdakı Neft Emalı Zavodunda baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş vermiş yanğınla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

12:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Chosen
12
27
azertag.az

10Sources