AZ

FHN-NİN ƏMƏKDAŞLARI NEFT EMALI ZAVODUNDA BAŞ VERƏN YANĞINI SÖNDÜRÜBLƏR

Xəbər verildiyi kimi, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

TEZADLAR.AZ FHN-nə istinadən xəbər verir ki, bu dəqiqələrdə yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Seçilən
1
27
tezadlar.az

10Mənbələr