EN

“Qərb bizə Rusiya ilə müharibəyə başlamağı təklif edib” – İvanişvili


“Qərbin yüksək rütbəli rəsmisi Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin Rusiya ilə müharibəyə başlamasını, bu müharibənin üç-dörd gün davam edəcəyini, sonra isə ölkənin partizan müqavimətinə başlamasını təklif edib”.
Yeniavaz.com
xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib.
“Mən xatırlayıram ki, keçmiş baş nazir İrakli Qaribaşvili mənə demişdi. Onunla Qərb ölkələrindən birinin yüksək rütbəli məmurlarından biri söhbət edib. İrakli soruşub: “Siz Rusiya ilə neçə gün döyüşə biləcəyimizi düşünürsünüz?” Ona cavab verdilər - üç-dörd gün. O dedi: “Bəs bu üç-dörd günə görə bizi məhv etsinlər?” Ona belə cavab verdilər: “Deməli, 3-4 milyon əhaliniz var, onlar hər kəsi öldürməyəcəklər. Sonra meşədə partizan hərəkatına başlaya bilərsiniz. Biz sizə kömək edəcəyik və siz oradan döyüşəcəksiniz”, - İvanişvili bildirib.
İvanişvilinin qeyd edib ki, məhz bu hadisədən sonra hakim komanda daha çox toplaşıb və bu cür çağırışlara qarşı daha sərt davranmağa başlayıb.
Chosen
4
31
yeniavaz.com

10Sources