EN

Bakıda ər və arvadın meyitləri tapılıb, araşdırma aparılır

Oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 21 Oktyabr 2024, 16:03   
Chosen
3
20
pravda.az

10Sources