EN

Yasamal rayonunda ağacəkmə aksiyası təşkil edilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq oktyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın Yasamal rayonunda magistral yol kənarındakı boş ərazidə ağacəkmə aksiyası keçirilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxt Bakıda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri aparılır.

Budəfəki aksiya çərçivəsində icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları əkilib. Aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir və mövsüm ərzində paytaxtda yeni ağaclar, kollar və güllər əkiləcək, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcək.

Chosen
6
21
azertag.az

10Sources