EN

Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Azərbaycankapitalı ilə 152 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilineyni dövrü ilə müqayisədə 53 şirkət azdır.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından(TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycanşirkətlərinin məcmu kapitalı 158 milyon 690 min türk lirəsi olduğuhalda, 2023-cü ilin eyni dövründə bu rəqəm 405 milyon 820 min türklirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabrayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (132)qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumikapitalı 99 milyon 60 min türk lirəsi təşkil edib”, – deyə TOBB-danqeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında TürkiyədəAzərbaycan kapitalı ilə 78 ticarət şirkəti qeydiyyata alınıb. Qalanşirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Chosen
4
18
az.trend.az

10Sources