AZ

Türkiyədə qurulan Özbəkistan şirkətlərinin sayı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Özbəkistan kapitalıilə 31 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrüilə müqayisədə 32 şirkət azdır.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və SənayePalatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistanşirkətlərinin məcmu kapitalı 40 milyon 762 min türk lirəsi olduğuhalda, 2023-cü ilin eyni dövründə bu rəqəm 35 milyon 630 min türklirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayındaÖzbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (25) qeydiyyataalınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumikapitalı 28 milyon 262 min türk lirəsi təşkil edib”, – deyəTOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında TürkiyədəÖzbəkistan kapitalı ilə 9 ticarət şirkəti qeydiyyata alınıb. Qalanşirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Seçilən
22
18
az.trend.az

10Mənbələr