EN

Salyanda 51 yaşlı kişi döyülərək öldürülüb

Salyan sakini döyülərək öldürülüb. SİA-nın məlumatına görə, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldürülüb.

Hadisənin əsl səbəbi isə araşdırmalardan sonra məlum olacaq.

Chosen
2
28
sesqazeti.az

10Sources