EN

Salyanda 51 yaşlı kişi döyülərək öldürülüb

Salyan sakini döyülərək öldürülüb.

 

Hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.

 

Rayon sakini, 1973-cü il təvəllüdlü Əziz Sərvənəli oğlu Salayevin meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

 

İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldüyü bildirilir.

 

Hadisənin əsl səbəbi isə aparılan araşdırmalardan sonra məlum olacaq./Report

Tarix: 20 Oktyabr 2024, 10:48   
Chosen
7
28
pravda.az

10Sources