EN

"Ermənistanda övladını əsgərliyə göndərmək istəmirlər"

Ermənistan əhalisinin mütləq əksəriyyəti övladını hərbi xidmətdən yayındırmaq istəyir.

Gundem.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

O bildirib ki, bu amil ailə planlaşdırılması məsələsinə ciddi şəkildə təsir göstərir.

"Bunun səbəbi odur ki, insan öz övladını hərbi xidmətə göndərməmək haqqında düşünür. Digər problem isə 4 oğlu olan vətəndaşın bu fikrə düşməsindədir", - Paşinyan fikirlərini tamamlayıb.

Chosen
10
29
gundem.az

10Sources