AZ

Paşinyan: Ermənistanda əksəriyyət övladını hərbi xidmətdən yayındırmaq istəyir

Ermənistan əhalisinin mütləq əksəriyyəti övladını hərbi xidmətdən yayındırmaq istəyir.

Editor.az  APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

O bildirib ki, bu amil ailə planlaşdırılması məsələsinə ciddi şəkildə təsir göstərir.

“Bunun səbəbi odur ki, insan öz övladını hərbi xidmətə göndərməmək haqqında düşünür. Digər problem isə 4 oğlu olan vətəndaşın bu fikrə düşməsindədir”, – Paşinyan fikirlərini tamamlayıb.

Seçilən
8
29
editor.az

10Mənbələr