EN

Sabirabadda qaz sızmasından partlayış olub, xəsarət alan var

Sabirabadda qaz sızmasından partlayış olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Məmişlər kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Zeynalova Nüşabə Nizami qızı evin hamamında baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib. Oradan isə Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi gözlənilir

www.anews.az
Chosen
7
12
anews.az

10Sources