Sabirabadda qaz sızmasından partlayış olub.
Hadisə Sabirabad rayonunun Məmişlər kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Nüşabə Nizami qızı Zeynalova evin hamamında baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.
O, Şirvan xəstəxanasına yerləşdirilib. Oradan isə Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi gözlənilir.
Mənbə: oxu.az