EN

Siyarto Trampın qələbəsini Ukraynada sülh üçün ən böyük ümid adlandırıb

Donald Trampın ABŞ seçkilərində qələbəsi Ukraynada sülhə ən böyük ümid yarada bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto RİA Novosti-yə müsahibəsində bildirib.

“Tramp qalib gəlsə, bu, dünyaya ən böyük ümid gətirə bilər”, – diplomat vurğulayıb.

Əks halda, Siyarto qeyd etdiyi kimi, “bütün beynəlxalq siyasi arenanı daha sülhsevər mövqeyə yönəldə biləcək heç kim görünmür”.

Daha əvvəl siyasətçi bildirib ki, Macarıstanın ABŞ-la münasibətləri Amerikanın hazırkı prezidenti Co Baydenin administrasiyası dövründə xeyli pisləşib və bu, Budapeştin günahı deyil.

Chosen
47
28
nocomment.az

10Sources