Donald Trampın ABŞ seçkilərində qələbəsi Ukraynada sülhə ən böyük ümid yarada bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto RİA Novosti-yə müsahibəsində bildirib.
“Tramp qalib gəlsə, bu, dünyaya ən böyük ümid gətirə bilər”, – diplomat vurğulayıb.
Əks halda, Siyarto qeyd etdiyi kimi, “bütün beynəlxalq siyasi arenanı daha sülhsevər mövqeyə yönəldə biləcək heç kim görünmür”.
Daha əvvəl siyasətçi bildirib ki, Macarıstanın ABŞ-la münasibətləri Amerikanın hazırkı prezidenti Co Baydenin administrasiyası dövründə xeyli pisləşib və bu, Budapeştin günahı deyil.