EN

HƏMAS-ın yüksək rütbəli rəsmisi də daxil olmaqla 16 fələstinli saxlanıldı

İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilində keçirdiyi gecə reydləri nəticəsində biri Qəzza zolağına rəhbərlik edən HƏMAS hərəkatının yüksək səviyyəli fəalı olmaqla 16 fələstinli saxlanılıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“Təhlükəsizlik qüvvələri gecə saatlarında İordan çayının qərb sahilində əməliyyat keçirib və axtarışda olan 16 şəxsi saxlayıb, onlardan ikisi HƏMAS terror təşkilatının fəalıdır”, - deyə məlumatda bildirilir.

Ümumilikdə, oktyabrın 7-dən bəri İsrail hərbçiləri İordan çayının qərb sahilində 1800 fələstinlini, o cümlədən 1100 HƏMAS tərəfdarını saxlayıblar.

NƏRGİZ

Chosen
459
32
redaktor.az

10Sources