AZ

İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinli həkimi öldürüb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərində 25 yaşlı fələstinli həkimi öldürüb, 2 nəfəri yaralayıb.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla bildirir.

 

“Mustaribin” adı ilə tanınan və fələstinlilər arasında gizlənən mülki geyimli İsrail qüvvələri Cenin cənubundakı Kabatiye qəsəbəsində bir evi mühasirəyə alıb.

 

Vəziyyətə reaksiya verən fələstinlilərlə İsrail qüvvələri arasında insidentlər yaşanıb.

 

İsrail qüvvələrinin açdığı atəş nəticəsində 25 yaşlı fələstinli həkim Şamih Kamal Əbu Rub həyatını itirib, fələstinli həkimin qardaşı və daha bir nəfər yaralanıb.

 

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələri və yəhudi mühacirlər tərəfindən təşkil edilən hücumlarda həyatını itirən fələstinlilərin sayı 232-yə yüksəlib. Bu hücumlarda indiyədək 2900-ə yaxın fələstinli yaralanıb.

Seçilən
580
32
aztibb.az

10Mənbələr