AZ

İsrail ordusu Qəzzada 400-ə yaxın tunel şaftının məhv edildiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında 400-ə yaxın tunel şaftını məhv etdiyini bildirib.

Busaat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“İDF əsgərləri Qəzza zolağında döyüşləri davam etdirir. Bu günə kimi İDF qoşunları 400-ə yaxın tunel şaxtasını aşkar edərək məhv ediblər”, – məlumatda bildirilir.

Ordudan bildirilib ki, HƏMAS Qəzzanın bütün ərazilərində “terrorçu tunellər şəbəkəsi qurub”.

“Tunellər şəbəkəsinə aparan şaftların çoxu mülki xəstəxanaların, məktəblərin və evlərin içərisində yerləşir”, – deyə məlumatda qeyd edilir.

Busaat.az

Seçilən
701
50
busaat.az

10Mənbələr