EN

Cəbrayıldakı mənzillər yaşayış üçün hər cür şəraitlə təmin olunub - MİDA (FOTO)

Cəbrayıl. Trend:

Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır.

Bunu Trend-əaçıqlamasında Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibiDiana Dadaşova deyib.

Onun sözlərinə görə, kompleks 7-si beşmərtəbəli və 26-sıdördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir.

"Bu binalarda ümumilikdə 712 mənzil var. Onlardan 8-i birotaqlı,136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı,168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr,ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr,üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlımənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombiisitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuşşəkildə vətəndaşlara təhvil verilir.

Altı kvartaldan ibarət kompleksin inşası keyfiyyətlə həyatakeçirilib. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişətobyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahətguşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə verilib", -deyə o qeyd edib.

Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Cəbrayıldakı
Məqalədə:
Chosen
5
11
az.trend.az

10Sources