AZ

Cəbrayıl şəhərindəki yaşayış kompleksi 33 binadan ibarətdir

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatı nəticəsində ilk azad olunan şəhər məhz Cəbrayıl şəhəri oldu. Artıq azad Cəbrayıl şəhəri öz doğma sakinlərini qarşılayıb.

Cəbrayıl şəhəri ilk sakinlərinə qucaq açıb və 133 ailə olmaqla, ümumilikdə, 433 nəfər ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə verilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla, 33 yaşayış binasından ibarətdir. Bu binalarda, ümumilikdə 712 mənzil var. Onlardan 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilir. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Seçilən
1
11
yeniazerbaycan.com

10Mənbələr