Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa satılan son bilet sayı açıqlanıb.
QOL.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq görüş üçün 24 min bilet satılıb.
Həmçinin oxuyun: “Qarabağ” - “Malmö”: qələbə üçün
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:45-də başlayacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVİP C və VVİP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;