AZ

“Qarabağ”ın bugünkü oyununa neçə min azarkeş gələcək? 

Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa satılan son bilet sayı açıqlanıb. 

Yenisabah.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq görüş üçün 24 min bilet satılıb. 

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:45-də başlayacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir.  kapital bank vakansiya

VVİP C və VVİP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri: 

 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları; 


Telegram kanalımız
Seçilən
2
36
yenisabah.az

10Mənbələr