EN

Özbəkistan Qarabağın bərpasında Azərbaycana dəstəyini davam etdirəcək - Səfir

Bakı. Trend:

Özbəkistan Qarabağın bərpasında Azərbaycana dəstəyini davametdirəcək.

Trend xəbər verir ki, bunu buölkənin səfiri Bəhrom Əşrəfxanov Özbəkistanın Müstəqillik Gününüqeyd edərkən deyib.

“Özbəkistan qardaş Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərə,o cümlədən, iqtisadiyyatın və sənayenin sürətli inkişafına, eləcədə, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına həmişə heyranlıqlayanaşır.

Özbəkistan sosial infrastrukturun və istehsal obyektlərinintikintisində bundan sonra da dəstək verməyə hazırdır”.

Bəhrom Əşrəfxanov Azərbaycanın Özbəkistanın xarici tərəfdaşlarıarasında xüsusi yer tutduğunu vurğulayıb.

“Ortaq tarixə, adət-ənənələrə, dinə, dilə, qarşılıqlı hörmət vəetimada əsaslanan Özbəkistan-Azərbaycan münasibətlərinin sürətliinkişafı bizdə sevinc və məmnunluq hissi yaradır.

İkitərəfli münasibətlərin keyfiyyətcə yeni müstəviyəçıxarılmasının əməyi Özbəkistan və Azərbaycan prezidentləri -Şavkat Mirziyoyev və İlham Əliyevə məxsusdur. Sevindirici haldırki, liderlərimizin hər bir qarşılıqlı səfəri ikitərəflimünasibətlər tarixində növbəti tarixi hadisə kimi qeyd olunur vəbu, əziz ənənəyə çevrilib”, - deyə diplomat bildirib.

Səfir 2024-cü ilin avqustunda Ali Dövlətlərarası Şuranın ilkiclasının keçirildiyini və ən əsası, Müttəfiqlik Münasibətlərihaqqında Müqavilənin imzalandığını xatırladıb.

“Bundan sonra siyasi, iqtisadi, investisiya, elmi-texniki,mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafımüttəfiq tərəfdaşlıq məntiqi ilə həyata keçiriləcək”.

Chosen
16
3
az.trend.az

4Sources